Makron əlcəzairli etirazçıların mühasirəsində
Fransa prezidenti Əlcəzairə səfərində bu Afrika ölkəsinin müsəlman xalqının müxalifəti və etirazı ilə üzləşib.
SəhərAzəri-nin məlumatına əsasən, Emmanuel Makron Əlcəzairin Vəhran şəhərinə səfəri zamanı bu şəhər əhalisinin aksiyası ilə üzləşib. Əlcəzairə səfəri barədə yayılan videoda Makronun mühafizəçiləri onu sürətlə maşına mindirərkən aksiyaçılar “Yaşasın, Əlcəzair!” şüarı verirlər.
Bu xalq etirazlarından sonra səfərini yarımçıq qoyan Makron Vəhran şəhərini tərk edib.
Makron hazırda son beş ildə Əlcəzairə ikinci səfərini həyata keçirir. O, iki ölkənin tarixi üzrə mütəxəssis ziyalılar və iş adamları daxil olmaqla doxsan şəxsiyyətdən ibarət nümayəndə heyətini Parisdən özü ilə bu səfərə aparıb. Bundan əlavə, yeddi nazir də bu üçgünlük səfərdə onu müşayiət edir.
Makronun Əlcəzairə səfəri Əlcəzairin qanlı istiqlaliyyət müharibəsi barədə fərqli şərhlər və rəvayətlər üstündə iki ölkə arasındakı siyasi çəkişmələrin şiddətlənməsindən sonra həyata keçirilir. Keçən ilin sonlarında Əlcəzair elə bu məsələ üstündə öz səfirini Fransadan geri çağırmışdı.
Ötən ilin oktyabrında Emmanuel Makron Əlcəzairə “hakim kəsilmiş siyasi-hərbi sistemi” öz həyatını davam etdirmək və mövcudluğunu əsaslandırmaq üçün istiqlaliyyət müharibəsinin xatirələrindən istifadə etməkdə ittiham etmişdi.