NASA-nın Ayın kəşfiyyatında yeni dövrü
Artemis layihəsinin ilk buraxılışı təxirə salındı
Artemis layihəsinin ilk buraxılışı texniki nasazlıq səbəbindən təxirə salınıb.
SəhərAzəri-nin məlumatına əsasən, NASA-nın ən güclü raketinin Kennedi kosmik mərkəzindən buraxılması bir sıra texniki problemlər, həmçinin kosmik mərkəzin ətrafındakı fırtınalarla əlaqədar yanacaq doldurarkən, raketi maye oksigen və hidrogenlə sərinləşdirən zaman ildırım vurma riskinin olması səbəbindən təxirə salındı.
Nəhayət, 3 nömrəli mühərrikin texniki nasazlığı raketin işə salınmasına mane oldu.
NASA bu raketi və onun müşayiət edən roverini buraxmaqla kosmos tədqiqatlarının yeni dövrünü başlamağı planlaşdırır.
Növbəti buraxılış üçün ən yaxın uyğun fürsət cümə günüdür.
Təxminən 200 min insan möhtəşəm buraxılışı yaxından izləmək üçün Kennedinin ətrafındakı çimərliklərdə və keçid yollarında düzülmüşdü, milyonlarla insan isə dünyanın digər yerlərində evdən buraxılışı onlayn və ya televizor vasitəsilə izləyirdilər.
Buraxılması təxirə salınan raket "Space Launch System" adlanır. O, NASA tərəfindən indiyə qədər hazırlanmış ən güclü hərəkətverici sistemdir və astronavtları Aya və geriyə aparacaq Artemis layihəsinin əsasını təşkil edir.