Pakistanda daşqınlar mindən çox insanın həyatına son qoyub
Pakistanda daşqından zərər çəkənlər kömək etmək üçün geniş yardım və xilasetmə əməliyyatları elə bir halda davam edir ki, bu daşqınlar indiyədək ən azı 1061 nəfərin həyatına son qoyub.
SəhərAzəri-nin məlumatına əsasən, Pakistan rəsmilərinin dediyinə görə, daşqınlar nəticəsində bir milyona yaxın yaşayış binası dağılıb və ya ciddi ziyan görüb.
Pakistan hökumətinin bildirdiyinə görə, daşqınlar 33 milyondan çox insanın, yəni bu ölkənin hər yeddi vətəndaşından birinin həyatına təsir edib.
Pakistanın baş naziri Şahbaz Şərif bu ölkədə yağan son musson yağışlarını son 30 ildə görünməmiş bir hadisə kimi qiymətləndirib.
Xilasedicilər hələ də özlərini Pakistanın şimalındakı dağlıq bölgələrdə yerləşən ucqar kəndlərə çatdırmağa çalışırlar.
Bu məsələ, yaxın saatlarda və günlərdə qurbanların sayının arta biləcəyi ilə bağlı narahatlıqları artırıb.