Quterreş selin nəticələrini araşdırmaq üçün Pakistana səfər edəcək
BMT baş katibinin sözçüsü bildirib ki, bu təşkilatın baş katibi Antonio Quterreş dağıdıcı selin nəticələrini araşdırmaq, həmçinin xalqın və zərərçəkənlərin kədərlərilə bölüşmək üçün gələn həftə Pakistana səfər edəcək.
SəhərAzəri-nin məlumatına əsasən, Pakistan öz tarixində güclü yağışlardan irəli gələn ən pis sel ilə üzləşir. Belə ki, onun nəticəsində indiyədək mindən çox insan həlak olub, min beş yüz nəfər isə yaralanıbdır.
BMT baş katibinin sözçüsü Stefan Dujarrik yerli vaxtla çərşənbə axşamı günü, Antonio Quterreşin cümə günü İslamabada daxil olacağı və seldən zərər çəkmiş bölgələrə baş çəkəcəyini bildirib. Deyib ki, Quterreş bu səfər zamanı Pakistanda seldən zərərçəkənlərlə görüşüb, onlara göstərilən yardım prosesilə yaxından tanış olacaq.
BMT yerli vaxtla çərşənbə axşamı günü seldən zərər çəkmiş otuz milyondan çox pakistanlıya təcili yardımın göstərilməsini istəyibdir.