Kreml Avropanın nəbzini yoxlayır?
Rusiya “Şimal axını” ilə Avropaya qaz nəqlini dayandırıb
Rusiya avqustun 31-dən Rusiya “Şimal axını” boru kəməri ilə Avropaya təbii qaz nəqlini müvəqqəti dayandırıb.
SəhərAzəri-nin məlumatına əsasən, "Qazprom" "Şimal axını" qaz kəməri ilə Avropaya qaz nəqlini tamamilə dayandırıb. Bu barədə korporasiyanın "Telegram" kanalında məlumat verilib.
Şirkətin məlumatında qeyd olunub ki, qaz nəqlinin dayandırılması "qaz kompressor qurğusunda planlaşdırılmış profilaktik işlər"lə əlaqədardır.
Xatırladaq ki, "Qazprom" tərəfdaşlarına nasosun dayandırılması ilə bağlı əvvəlcədən xəbərdarlıq etmişdi. Verilən məlumata görə, Avropa 2022-ci il sentyabrın 3-ü, Moskva vaxtı ilə saat 04:00-a qədər "Şimal axını" ilə mavi yanacaq almayacaq.
Milli Enerji Təhlükəsizliyi Fondunun aparıcı analitiki İqor Yuşkov deyib ki, o, "Şimal axını" qaz kəmərinin tamamilə bağlanmasını ehtimal etmir. Mütəxəssis bildirib ki, bu vəziyyət sonuncu işləyən turbinə texniki baxışdan sonra əhəmiyyətli zədələnmə aşkar edildikdə baş verə bilər.
Xatırladaq ki, Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq ediblər. Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub.
Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir.
Putin qeyd edib ki, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyada sərt şəkildə təcrid etmək olmaz.