Sen 01, 2022 10:54 Asia/Baku
  • Pakistan
    Pakistan

Pakistanda leysan yağışları nəticəsində nəhəng göl yaranıb.

SəhərAzəri-nin məlumatına əsasən, Son həftələr Pakistanın müxtəlif bölgələrində gözlənilməz və tarixi sel nəticəsində azı 1162 nəfər ölüb, minlərlə nəfər isə bədən xəsarəti alıbdır.

Pakistanlı rəsmilər selin törətdiyi xəsarətləri ilkin hesablamada on milyard dollar dəyərində elan ediblər.

Son peyk görüntüləri göstərir ki, Send çayının tüğyan etməsi bu əyalətin bir hissəsini necə, eni yüz kilometr olan bir gölə çeviribdir.

Peyk görüntülərinin mərkəzində mövcud olan tünd göy rəngli iri bölgə göstərir ki, aşıb-daşan Send çayı eni yüz kilometr olan bir bölgəni suyun altına aparıb və əkin sahələrini nəhəng bir gölə çeviribdir.

Musson yağışları indiyədək Pakistanın böyük bir hissəsini su altına aparıbdır.

 

Teqlər