Sen 02, 2022 12:28 Asia/Baku
  • Sergey Lavrov
    Sergey Lavrov

Rusiyanın xarici işlər naziri xüsusən İsveç və Finlandiyada NATO bazalarının təsis olunacağı halda, bu ölkənin şimal-qərbdəki hərbi mövqeyinin gücləndirəcəyini bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Sergey Lavrov deyib: Əgər Finlandiya və İsveçin ərazilərində bazalar yerləşdirilərsə və ya daha dəqiq desək; əgər amerikanlar onlar üçün bu bazaları yaratmaq qərarına gələrlərsə, Rusiya da ölkənin şimal-qərbindəki imkanlarını gücləndirmək barədə qərara gələcək.

Lavrov vurğulayıb: Hər halda, NATO ilə təmas xətti son dərəcə gücləndiriləcək.

NATO-nun baş katibi Yens Stoltenberq son zamanlar Kanadada səfərdə olarkən iddia etmişdi ki; NATO və Kanada üçün Şimal Qütbünün önəmi artmaqdadır, zira biz Rusiyanın nəzərəçarpacaq hərbi iştirakının artmasının şahidiyik.

 

Teqlər