Sen 04, 2022 12:01 Asia/Baku
  • Fransada isti havalarda minlərlə adam ölüb

Fransada qızmar istilərin yaşandığı 2022-ci ilin yayında son 19 ildə ən yüksək ölüm nisbəti qeydə alınıb.

hərAzəri-nin məlumatına əsasən, bu barədə Fransa Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutu (INSEE) məlumat yayıb.  

Ölkədə iyul ayında gündə orta hesabla 1 750 nəfər ölüb. İyun ayında bu rəqəm 1 610 olub. 

İyul ayında yüksək temperaturdan ölənlərin sayı 2019-cu ilin iyul ayı ilə müqayisədə 13 faiz artıb.

Yüksək ölüm nisbətinə görə Fransa tarixinə düşən 2003-cü ilin yayında 133 069 nəfər ölüb.

Fransa və digər Avropa ölkələrində qızmar istilərdə baş verən ölüm halları bu ölkələrdə sayı heç də az olmayan səfillər arasında daha çox qeydə alınır. Milyonlarla evsiz insan, küçələrdə səfil həyatı sürdüyünə görə, isti və şaxta havalarda özlərini qoruya bilmir və həyatlarını itirirlər. Əlbəttə mənzillərində kondsiyaneri olmayan, yaxud onun xərcini ödəməkdən aciz qalan vətəndaşların da sayı az deyil. Bu da evi olanlar arasında da isti havalarda ölüm hallarının qeydə alınması ilə nəticələnir.

Teqlər