Vladimir Putin:
“Avropa ölkələri növbəti dəfə inkişaf etməkdə olan ölkələri aldatdılar”
Rusiya prezidenti Vladimir Putin Avropa ölkələrinin öz müstəmləkəçi mahiyyətindən əl çəkmədiklərini bildirib və belə deyib: Ukraynadan daşınan taxılın praktiki olaraq hamısı yoxsul ölkələrə deyil, Avropa İttifaqı ölkələrinə daşınıb
SəhərAzəri-nin məlumatına əsasən,Vladivostok İqtisadiyyat Forumunun plenar iclasında çıxış edən Rusiya Prezidenti Vladimir Putin Afrika Birliyi ölkələrinin liderlərinə onların taxıl probleminin həlli barədə söz verdiyini və Ukraynadan taxıl daşınmasına yardım edəcəyini onların diqqətinə çatdırdığını deyib.
“Biz bunu Türkiyə ilə birlikdə etdik. Nəticə isə belə oldu: Əgər Türkiyəni vasitəçi ölkə kimi istisna etsək, Ukraynadan daşınan taxılın praktiki olaraq hamısı inkişaf etməkdə olan yoxsul ölkələrə deyil, Avropa İttifaqı ölkələrinə daşınıb”,- deyə Vladimir Putin bildirib.
Rusiya prezidenti Ukraynadan daşınan taxılın sadəcə 3 faizinin yoxsul ölkələrə çatdırıldığını deyib: “ BMT-nın ümumdünya ərzaq proqramına görə ehtiyacı olan ölkələrə cəmi iki gəmi taxıl daşınıb. 87 gəmidən cəmi iki gəmi.”
Putin iki milyon ton taxıldan cəmi 60 min ton ərzağın inkişaf etməkdə olan yoxsul ölkələrə daşındığını vurğulayıb: “Bu isə cəmi 3 faiz edir. Bir çox Avropa ölkələri əvvəlki yüzilliklərdə, onilliklərdə necə müstəmləkəçi kimi hərəkət edirdilərsə, bu gün də eyni ilə hərəkət edirlər. Növbəti dəfə inkişaf etməkdə olan ölkələri aldatdılar”,- deyə Rusiya prezidenti bildirib.
Vladimir Ptinə görə bu cür yanaşma ilə dünyada ərzaq problemi daha da böyüyəcək, və bu, misli görünməyən humanitar vəziyyətə gətirib çıxara bilər.
Kreml rəhbəri Ukraynadan Avropaya taxıl və digər ərzaq məhsullarının ixracını məhdudlaşdırmaq mövzusunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla mütləq müzakirə edəcəyini deyib.