Rysiyada dini kitabların tərcüməsi və nəşrinə qoyulmuş qadağa götürülüb
https://azeri.sahartv.ir/news/dünya-i392903-rysiyada_dini_kitabların_tərcüməsi_və_nəşrinə_qoyulmuş_qadağa_götürülüb
Rusiya prezidenti bu ölkədə dini kitabların tərcüməsi və nəşrinə qoyulmuş qadağanı götürüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 07, 2022 11:05 Asia/Baku
  • Vladimir Putin
    Vladimir Putin

Rusiya prezidenti bu ölkədə dini kitabların tərcüməsi və nəşrinə qoyulmuş qadağanı götürüb.

SəhərAzəri-nin məlumatına əsasən, Vladimir Putin bir sərəncamda bütün islami məzhəblərə aid olan kitabların tərcüməsi, nəşri və paylanmasına qoyulmuş yüzillik qadağanı ləğv edib.

Vladimir Putin həmçinin Buxari-nin əsərlərinin düzgün tərcümə və çapı, eləcə də pulsuz paylanmasına icazə veribdir.

Səhihi-Buxari kitabı doxsan yeddi cilddə və üç min dörd yüz əlli hissədə işlənib hazırlanıbdır. Ondakı hədislərin sayı dörd min ədədə çatır. Bu kitab sünni əhlinin kitablarından sayılır.

Sovet Rusiyasının ilk rəhbəri olmuş Vladimir Lenin 1921-ci ildə İslam dininə aid kitabların tərcüməsi, nəşri və yayılmasını qadağan etmişdi.