Sen 11, 2022 11:04 Asia/Baku
  • Rusiya
    Rusiya

Ukraynanın şərqdə irəliləməsi ilə bir zamanda, Rusiya bir neçə mühüm şəhərdən geri çəkilib.

SəhərAzəri-nin məlumatına əsasən, Ukrayna qüvvələrinin bir sıra əks-hücumlar əsnasında daha çox irəliləyə getmələri ilə Rusiya qüvvələri Ukraynanın şərqində yerləşən mühüm kiçik şəhərlərdən geri çəkiliblər.

Ukrayna başçıları deyiblər ki, onların qüvvələri şənbə günü Rusiya qüvvələri üçün mühüm maddi-texniki təminat mərkəzi olan Kupyansk şəhərinə daxil olublar.

Rusiya Müdafiə Nazirliyi, qoşunlarının, «qüvvələrini yeniləmək» məqsədilə ətrafda yerləşən İzyum şəhərindən çıxdıqlarını bildirib.

Nazirlik həmçinin Rusiya qoşunlarının Balakliya adlı başqa bir şəhərdən geri çəkildiklərini də təsdiqləyib və bildiribdir ki, bu hərəkətdə məqsəd, Donetsk cəbhəsində "səyləri gücləndirmək" olubdur.

 

Teqlər