BMT-nin xüsusi məruzəçisi İrana qarşı birtərəfli sanksiyaları dayandırmağa çağırıb
BMT-nin xüsusi məruzəçisi İrana qarşı sanksiyaların ləğv edilməsinin zəruriliyi ilə bağlı öz rəsmi hesabatını dərc edib.
SəhərAzəri-nin məlumatına əsasən, BMT-nin xüsusi məruzəçisi Alena Douhan sanksiyaların İranda insan hüquqlarına mənfi təsiri ilə bağlı öz rəsmi hesabatını yayıb.
İranın Məhkə Hakimiyyətinin beynəlxalq məsələlər üzrə informasiya şöbəsinin və insan hüquqları qərargahının məlumatına görə, BMT-nin birtərəfli məcburetmə tədbirlərinin insan hüquqlarının həyata keçirilməsinə mənfi təsiri üzrə xüsusi məruzəçisi Alena Douhan İranın İnsan Hüquqları Qərargahının dəvəti ilə 2022-ci il mayın 17-dən 28-dək İrana səfər edib.
Alena Dohanın bu on bir günlük səfərdən məqsədi ABŞ-ın birtərəfli sanksiyalarının İran xalqına təsirini araşdırılması olub.
Douhan indi İrana səfəri ilə bağlı xüsusi hesabatını rəsmən açıqlayıb.
Dohanın hesabatında deyilir ki, İranda həyati əhəmiyyətli iqtisadi sektorlara və çoxlu sayda İran milli maliyyə qurumlarına və şirkətlərinə qarşı sanksiya tətbiq edilib.
İranın maliyyə sektoruna qarşı sanksiyalara İran Mərkəzi Bankı və kommersiya banklarına təsir edən təyinatlar və aktivlərin dondurulması daxildir.
Dohanın hesabatında Avropa və Kanadanın İran əleyhinə sanksiyalara qoşulduğu qeyd olunur.
BMT-nin xüsusi məruzəçisi Tehranda kəpənək xəstələrinin müalicəsi üzrə ixtisaslaşmış mərkəzdə olub. Bu xəstəlik bir sıra digər sağlamlıq fəsadları ilə əlaqəli nadir bir dəri xəstəliyidir. Doğuşdan gəlir, ağır və sağalmaz əzablarla müşayiət olunur və ölüm ehtimalı da var.
Dohana İsveç istehsalçısının sanksiyalara həddən artıq əməl etməsi səbəbindən adıçəkilən tibb mərkəzinin bu xəstəlik üçün lazım olan xüsusi silikon və uducu sarğıları təmin etməkdə üzləşdiyi çətinliklər barədə məlumat verilib.