Sen 16, 2022 11:53 Asia/Baku
  • Pentaqon
    Pentaqon

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ukraynaya 1800 yüz Javelin tank əleyhinə sistemlərin tədarükü üçün "Raytheon" və "Lockheed Martin" şirkətləri ilə 311 milyon dollarlıq müqavilə bağlayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, ABŞ Kiyevi daha uzun mənzilli raketlərlə təchiz etmək qərarına gəlsə, Rusiyanın "qırmızı xətti"ni keçərək, "münaqişə tərəfi" olacaq. 

O, əlavə edib: "Kiyevin bu raketlərdən istifadə edəcəyi təqdirdə, Rusiya "öz ərazisini müdafiə etmək hüququnu özündə saxlayır". 

ABŞ müdafiə nazirinin müavini Villiam LaPlante deyib: "Bu müqavilə müttəfiqlərimizi və tərəfdaşlarımızı dəstəkləyərkən, yerli sənaye bazamızı gücləndirməyə davam edən öhdəliyimizə gözəl bir nümunədir. 

ABŞ dövlət katibi Entoni Blinkenin sözlərinə görə, Vaşinqton Ukraynaya 1800 Javelin raketinin daxil olduğu 600 milyon dollarlıq hərbi yardım paketi ayırıb.

Ağ Evin Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Vaşinqton lazım olduğu zamana qədər Ukraynanın yanında olacaq.

Teqlər