Sen 16, 2022 20:02 Asia/Baku
  • Çili prezidenti İsrail səfirinin etimadnaməsini rədd edib

Sionist rejim mediaları bildiriblər ki, Çili prezidenti Qabriel BoriK dünən İsrailin İsrailin yeni səfiri Gil Artzyelinin etimadnaməsini qəbul etməkdən imtina edib. Bu, Qərb sahilində bir fələstinli gəncin şəhid edilməsindən sonra baş verib.

SəhərAzəri-nin məlumatına əsasən, Əl-Məyadin telekanalının məlumatına görə, Artzyeli rəsmi olaraq, Borikə etimadnaməsini təqdim etməli idi, lakin Çili hökuməti ona mərasimin İsrailin "Qəzzədə uşaqları öldürməsi" səbəbindən ləğv edildiyini bildirdi.

Bu qərar İordan çayının qərb sahilində müqavimət qüvvələri ilə sionist hərbçilər arasında toqquşma zamanı 17 yaşlı fələstinli gəncin şəhid edilməsindən sonra qəbul edilib.

Walla xəbər verir ki, Artzyeli mərasim üçün artıq prezidentin iqamətgahına gəlibmiş.

Teqlər