Donetsk və Luqanskın Rusiyaya ilhaqı haqda referenduma Kiyevdən reaksiya
https://azeri.sahartv.ir/news/dünya-i393384-donetsk_və_luqanskın_rusiyaya_ilhaqı_haqda_referenduma_kiyevdən_reaksiya
Ukraynanın xarici işlər naziri Donetsk və Luqanskın Rusiyaya ilhaqı haqda referendum keçirilməsi barədəki qərarı kəskin şəkildə tənqid edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 21, 2022 08:07 Asia/Baku
  • Rusiya
    Rusiya

Ukraynanın xarici işlər naziri Donetsk və Luqanskın Rusiyaya ilhaqı haqda referendum keçirilməsi barədəki qərarı kəskin şəkildə tənqid edib.

SəhərAzəri-nin məlumatına əsasən, Dmitri Kuleba bu referendumun keçirilməsi planına reaksiyada deyib ki, ruslar istədikləri işi görə bilərlər, amma vəziyyətdə bir dəyişiklik baş verməyəcəkdir.

Kuleba əlavə edib: Ukrayna öz ərazilərini azad etmək üçün bütün hüquqlara malikdir və Rusiyanın sözlərinə məhəl qoymadan onların azad edilməsini davam etdirəcəkdir.

Belə bir halda, Moskva rəsmilərinin bildirdiklərinə görə, Ukraynanın dörd vilayətinin Rusiyaya qatılması barədə qəraragəlmə, bu bölgələrin sakinlərinin üzərinə düşür.