Sen 24, 2022 14:24 Asia/Baku
  • Rusiya ABŞ-ı birbaşa hərbi qarşıdurmadan çəkinməyə çağırıb

Rusiya xarici işlər nazirinin müavini ABŞ-ı Rusiya ilə birbaşa hərbi qarşıdurmadan çəkinməyə çağırıb.

Rusiyaya qarşı döyüşmək üçün Ukraynaya ABŞ hərbçilərinin göndərilməsinin mümkünlüyündən danışan Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovun, ABŞ administrasiyasını Rusiya ilə birbaşa hərbi qarşıdurmaya səbəb ola biləcək vəziyyətdən qaçmağa çağırıb.

 "Silahlı qarşıdurmanın bir addımlığında olan ABŞ və NATO ilə açıq şəkildə müharibə Rusiyanın maraqlarına uyğun deyil. Ümid edirik ki, ABŞ prezidenti Co Baydenin administrasiyası da Ukraynada münaqişənin nəzarətsiz gərginləşməsi təhlükəsindən xəbərdardır. Biz ABŞ administrasiyasını Rusiya ilə birbaşa hərbi münaqişəyə gətirib çıxara biləcək vəziyyətdən qaçmağa çağırırıq",- deyə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

Rusiya prezidenti Vladimir Putin də son günlər xalqa etdiyi müraciətində ölkədə qismən səfərbərlik elan edərək, qərb ölkələrinin Kiyevə silah dəstəyini davam etdirəcəkləri təqdirdə nüvə silahından istifadə ehtimalını istisna etməyib.

Teqlər