Qərbin BMT-də Rusiyanı təcrid etmək səyləri uğursuz qalıb
https://azeri.sahartv.ir/news/dünya-i393508-qərbin_bmt_də_rusiyanı_təcrid_etmək_səyləri_uğursuz_qalıb
Rusiya xarici işlər nazirliyinin sözçüsü Qərb ölkələrinin BMT-də Rusiyanı təcrid etmək üzrə səylərinin uğursuz qaldığını vurğulayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 25, 2022 12:51 Asia/Baku
  • Qərbin BMT-də Rusiyanı təcrid etmək səyləri uğursuz qalıb

Rusiya xarici işlər nazirliyinin sözçüsü Qərb ölkələrinin BMT-də Rusiyanı təcrid etmək üzrə səylərinin uğursuz qaldığını vurğulayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Mariya Zaxarova bildirib ki, rus nümayəndə heyətinin BMT Baş Assambleyası sessiyasının kənarında keçirdiyi görüşlərin sayı Qərb ölkələrinin Rusiyanı təcrid etmək üzrə bütün səylərini aradan qaldırdı.

Qərbin BMT Baş Assambleyasının yetmiş yeddinci sessiyasında Rusiyanı təzyiq altında qoymaq üzrə səylərinə rəğmən, Rusiyanın xarici işlər naziri Segey Lavrov şənbə günü gecə öz dağıdıcı çıxışında Qərbin anti-rus mövqeyini tənqid etdi.

Lavrov həmçinin Ukraynanın müəyyən hissələrində referendumun keçirilməsini müdafiə etməklə deyibdir ki, Qərb hal-hazırda referendumlar barədə gərginlik yaradır.