Rusiya Təhlükəsizlik Şurasının qətnaməsinə veto qoyub
https://azeri.sahartv.ir/news/dünya-i393677-rusiya_təhlükəsizlik_Şurasının_qətnaməsinə_veto_qoyub
Rusiya Təhlükəsizlik Şurasının Ukrayna bölgələrinin ilhaqı ilə bağlı qətnaməsinə veto qoyub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 01, 2022 07:04 Asia/Baku
  • Rusiya Təhlükəsizlik Şurasının qətnaməsinə veto qoyub

Rusiya Təhlükəsizlik Şurasının Ukrayna bölgələrinin ilhaqı ilə bağlı qətnaməsinə veto qoyub.

SəhərAzəri-nin məlumatına əsasən, Rusiya cümə günü Təhlükəsizlik Şurasının Ukraynanın dörd bölgəsinin Rusiya ərazisinə ilhaq edilməsini pisləyən qətnaməsinə veto qoyub. Çin bu qətnaməyə bitərəf qalıb.

Cümə günü Rusiya prezidenti Vladimir Putin və Donetsk, Luqansk, Xerson və Zaporojyanin bu dörd bölgənin Rusiya Federasiyasına rəsmən birləşdirilməsi haqqında sənədləri imzalayıblar. Bu, həmin ərazilərdə keçirilən referendumlardan sonra baş verib.

Bu regionların Rusiyaya birləşdirilməsi ilə bağlı referendum cümə günü (23 sentyabr) başlayıb və sentyabrın 27-dək eçirilib.

Luqansk, Donetsk, Xerson və Zaporojya vilayətləri birlikdə Ukrayna ərazisinin təxminən 15 faizini təşkil edir.