Okt 02, 2022 14:49 Asia/Baku
  • İtaliyanın qazı tamamiylə kəsildi

Ukraynaya müharibəsi ilə başlayan enerji böhranı Avropaya dərindən təsir göstərməkdə davam edir.

SəhərAzəri-nin məlumatına əsasən,"Daily Mail"nəşri bildirib ki,təbii qazdan silah kimi istifadə edən Rusiya texniki problemlərın yarandığını bildirərək İtaliyaya qaz nəqlini kəsib.

İtaliya Rusiyanın dövlət enerji şirkəti "Qazprom"un bu ölkəyə qaz tədarükünü dayandırdığını açıqlayıb.

İtaliyanın enerji şirkəti "Eni" "Qazprom"un onlara texniki problem barədə məlumat verdiyini və bunun ən tez bazar ertəsi həll ediləcəyini açıqlayıb.

Bu addımın Corciya Meloninin Ukraynanı dəstəklədiyini elan etməsindən qısa müddət sonra atılması diqqətdən qaçmayıb.

"Daily Mail" hadisəni oxucularına “Putin Corciya Meloniyə ilk zərbəsini sağçı liderin Ukraynaya dəstək verməsindən bir neçə gün sonra İtaliyaya qaz nəqlini tamamilə kəsərək vurdu” başlığı ilə təqdim edib.

Seçkilərdə qələbə qazandıqdan sonra İtaliyanın yeni baş naziri ola biləcək Corciya Meloni demişdi ki, “Putin bütün Avropa qitəsinin təhlükəsizliyini təhdid edir.”

Qeyd edək ki, ötən ay Putinin imzaladığı fərmanla "dost olmayan ölkələr"in siyahısı rəsmiləşib.

Rusiya hökumətinin açıqladığı siyahıya ABŞ və bütün Aİ ölkələri daxil edilib.

Ukrayna, Monteneqro, İsveçrə, Albaniya, Andorra, İslandiya, Lixtenşteyn, Monako, Norveç, San Marino, Şimali Makedoniya, həmçinin Yaponiya, Cənubi Koreya, Avstraliya, Mikroneziya, Yeni Zelandiya, Sinqapur və Tayvan da siyahıda yer alıb.

Teqlər