Yeni subyektlərin Rusiyaya qəbulu ilə bağlı müqavilələr tanınıb
https://azeri.sahartv.ir/news/dünya-i393725-yeni_subyektlərin_rusiyaya_qəbulu_ilə_bağlı_müqavilələr_tanınıb
Rusiya Konstitusiya Məhkəməsi (MK) "Donetsk və Luqansk Xalq Respublikaları"nın, habelə Zaporojye və Xerson vilayətlərinin Rusiya Federasiyasının tərkibinə qəbul edilməsi haqqında müqavilələri tanıyıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 03, 2022 07:49 Asia/Baku
  • Yeni subyektlərin Rusiyaya qəbulu ilə bağlı müqavilələr tanınıb

Rusiya Konstitusiya Məhkəməsi (MK) "Donetsk və Luqansk Xalq Respublikaları"nın, habelə Zaporojye və Xerson vilayətlərinin Rusiya Federasiyasının tərkibinə qəbul edilməsi haqqında müqavilələri tanıyıb.

SəhərAzəri-nin məlumatına əsasən, qurumun qəbul etdiyi qərarda deyilir: “Rusiya Federasiyası ilə Donetsk Xalq Respublikası arasında Donetsk Xalq Respublikasının Rusiya Federasiyasına qəbul edilməsi və Rusiya Federasiyasının tərkibində yeni subyektin yaradılması haqqında qüvvəyə minməmiş beynəlxalq müqavilənin tanınması Rusiya Federasiyasının Konstitusiyasına uyğundur".

Oxşar qərarlar "LXR", eləcə də Zaporojye və Xerson vilayətləri ilə bağlı da verilib.

Xatırladaq ki, Kremlin iddiasına əsasən "DXR", "LXR", Xerson və Zaporojye vilayətlərində sentyabrın 23-dən 27-dək referendumlar keçirilib, vətəndaşlar subyektlərin Rusiyaya daxil olmasına səs veriblər.