Okt 08, 2022 09:31 Asia/Baku

Rusiya XİN rəhbəri bildirib ki, Qərb ölkələri sadəcə olaraq - onun ifadəsi ilə desək - Kiyevin çaldığı havaya oynayır və hələ də hakimiyyətdə olanların sərsəm fantaziyalarını təşviq edirlər.

SəhərAzəri-nin məlumatına əsasən, Sergey Lavrov Vahid Rusiya Partiyasının Ali Şurasının dördüncü iclasında videomüraciəti zamanı deyib: "NATO və Avropa Ukraynanın "havasına oynayır" və Zelenskinin nüvə silahı da daxil olmaqla bəyanatlarına baxmayaraq, Kiyevə silah tədarük etməyə davam edir. Rusiyanın iştirakı olmadan təhlükəsizlik strukturunun formalaşma prosesi gedir. Ümumiyyətlə, onlar sadəcə olaraq Kiyevin çaldığı havaya oynayır. Bununla həm ABŞ, həm də müttəfiqləri Zelenskinin elan edilmiş nüvə ambisiyalarına baxmayaraq, onu silahlandırmaqla beynəlxalq gərginliyin təhlükəli şəkildə artmasına görə böyük məsuliyyəti öz üzərinə götürürlər".

Lavrov əlavə edib ki, Ukrayna kütləvi qırğın silahlarından istifadə ilə bağlı risklər yaradır, bunu Vladimir Zelenskinin NATO-nun Rusiya Federasiyasına "önləyici zərbə" endirməsi barədə bəyanatı sübut edir, 

"Əlbəttə, biz nüvə silahının mümkün istifadəsi ilə bağlı son vaxtlar daim böyüyən müzakirələrdən, xüsusən də bu baxımdan, Kiyev rejiminin kütləvi qırğın silahlarının müxtəlif növlərindən istifadə riskləri yaratmaqdakı məqsədyönlü addımlarının üzərindən sükutla keçə bilmərik", - deyə Lavrov qeyd edib.

Bundan əvvəl Zelenski Avstraliyadakı Loui İnstitutunda videobağlantı vasitəsilə çıxış edərək, "Rusiyanın nüvə zərbələrini gözləməkdənsə, NATO-nun Rusiya Federasiyasına "önləyici" zərbələr endirməli olduğunu" bildirmişdi. Daha sonra Zelenskinin mətbuat katibi Sergey Nikiforov bildirib ki, o, Rusiya Federasiyasına qarşı nüvə silahından istifadəyə çağırış etməyib, ancaq qabaqlayıcı sanksiyaları nəzərdə tutur.

Teqlər