Okt 08, 2022 14:56 Asia/Baku

Rusiyanın xarici işlər naziri bəyan edib ki, onun ölkəsinin nüvə qarşısının alınması istiqamətində siyasəti sırf müdafiə xarakteri daşıyır.

SəhərAzəri-nin məlumatına əsasən, Sergey Lavrov deyib: "Rusiyanın nüvə qarşısının alınması siyasəti sırf müdafiə xarakteri daşıyır, Moskva "nüvə beşliyi"nin nüvə müharibəsinin yolverilməzliyi barədə bəyanatına sadiqdir."

 Lavrov “Arqumentı i faktı” qəzetinə müsahibəsində qeyd edib: "Nüvə qarşısının alınması siyasətimiz sırf müdafiə xarakteri daşıyır. Onu da vurğulamaq istərdim ki, Rusiya bu il yanvarın 3-də nüvə silahına malik beş dövlətin ölkə rəhbərlərinin nüvə müharibəsinin yolverilməzliyi postulatını təsdiq edən bəyanatına sadiq qalır", deyə nazir bildirib. 

Onun sözlərinə görə, Rusiya nüvə silahının mümkün istifadəsi ilə bağlı Qərbin təhdidlərini qəbul etmir, lakin onlarla müzakirə etmək faydasızdır.

"Rusiya üçün müəyyən nəticələrlə bağlı səs-küylü bəyanatlara gəlincə, bu cür təhdid dili, təbii ki, qəbuledilməzdir. Biz bunları Qərb siyasətçilərinin vicdanına buraxırıq. Onlarla bu mövzunu müzakirə etmək fikrində deyillik, bu, faydasızdır", deyə Lavrov bildirib.

Teqlər