London NATO liderlərinin təcili toplantısını çağıracaq
Rusiyanın Ukraynaya hava hücumlarının şiddətlənməsindən sonra Britaniyanın baş naziri Şimali Atlantika Alyansı NATO liderlərinin təcili toplantısını çağıracaq.
SəhərAzəri- "İRNA"nın məlumatına görə, Britaniya baş nazirinin ofisi bir bəyanatda, Liz Trussun bununla bağlı bir neçə saat sonra keçiriləcək Yeddilik Qrupu liderlərinin virtual görüşü zamanı müraciət edəcəyini açıqlayıb.
Bəyanata əsasən, Trussın tələbinin səbəbi Rusiyanın Ukraynaya hücumlarının artmasına qarşı müttəfiqlərin iradəsini təmin etməkdir.
Bu elə bir haldadır ki, Britaniyanın baş naziri bir neçə saat əvvəl prezident Zelenski ilə Kiyevə edilən son hücumları və Ukrayna ərazilərinin ilhaqını pisləmək və Britaniyanın dəstəyini təkrarlamaq üçün telefonla danışıb.
Bəyanatda deyilir ki, G7 liderləri Ukraynada davam edən müharibəyə qarşı müxalifətin birliyini təkrar etmək üçün bu gün (11 oktyabr çərşənbə axşamı) görüşəcək.
Videokonfrans formatında keçiriləcək bu toplantıya Ukrayna prezidenti Zelenski də qatılacaq.
Dərc edilən məlumatlara əsasən, Rusiyanın bazar ertəsi Ukraynaya endirdiyi hava zərbələri müharibə başlayandan bəri ən geniş yayılmış hava hücumları hesab edilir.
Bu hücumlar şənbə günü saat 6 radələrində Taman yarımadası tərəfdən Krım körpüsünün avtomobillər üçün nəzərdə tutulmuş hissəsində yük maşınının partlamasından sonra baş verib.
Bu partlayışda Krım yarımadasına doğru hərəkət edən qatardakı 7 yanacaq çəni yanıb.
Rusiya 2014-cü ildə Krımı öz ərazisinə ilhaq etdikdən sonra bu körpünün tikintisinə başlamışdı. Kerç boğazı üzərindəki bu körpü xüsusilə Rusiya ordusunun hərbi texnikasının ötürülməsi üçün istifadə olunur.
Bu körpünün simvolik və logistik baxımdan əhəmiyyəti analitiklərin bu partlayışı Ukraynadakı münaqişələr yolunda həlledici hadisələrdən biri hesab etmələrinə səbəb olub.