Okt 16, 2022 10:00 Asia/Baku
  •  Qərb “Şimal axınları”na və Krım körpüsünə hücumlarla təhlükəli xətti keçdi

Rusiya XİN başçısının müavini bildirib ki, Qərb “Şimal axınları”na və Krım körpüsünə hücumlarla təhlükəli xətti keçdi.

SəhərAzəri-nin məlumatına əsasən, Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib: "“Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərində, eləcə də Krım körpüsündə baş verən hadisələr Qərbin təhlükəli xətti keçdiyinə işarədir. Əgər “Şimal axını” və “Şimal axını 2”yə, Krım körpüsünə edilən hücumlardan danışırıqsa, o zaman Qərb burada açıq-aydın çox təhlükəli xətti keçib".

Onun sözlərinə görə, elə həmin NATO ölkələrinin doktrinalarına əsasən, “əhəmiyyətli infrastruktur obyektlərinə ziyan vurmaq adi cavabı nəzərdə tutan silahlı hücum aktı kimi qiymətləndirilir. Elə həmin NATO ölkələrinin doktrinalarına əsasən, kritik infrastruktur obyektlərininə ziyan vurulması silahlı hücum aktı kimi qiymətləndirilir və silahlı qüvvələrin tətbiqi ilə müvafiq cavab verilməsini nəzərdə tutur." 

Qruşko qeyd edib ki, bu terror aktlarının təşkilatçıları nə etdiklərini başa düşürlər. Bu hadisələr gərginliyə doğru daha bir addım olduğunu açıq şəkildə göstərir. 

Teqlər