8 ölkə ABŞ-ın Ukraynadakı bioloji fəaliyyətlərinin cəhətlərinin aydınlaşmasını istəyib
Səkkiz ölkə BMT Baş Assambleyasının birinci komitəsinin icasında ABŞ-ın Ukraynadakı bioloji fəaliyyətlərinin cəhətlərinin aydınlaşması üçün bu məsələnin araşdırılması barədə ərizə verib.
SəhərAzəri-nin məlumatına əsasən, Rusiya/ Belarus, Venesuela, Zimbabve, Çin, Kuba, Nikaraqua və Suriya ilə yanaşı, Amerikanın Ukraynadakı hərbi bioloji fəaliyyətlərinə dair informasiyalarla əlaqədar cavab almaq üçün bütün mövcud mexanizmlərdən istifadə edilməsini istəyibdir.
Bu ölkələr Amerikanın fəaliyyətlərinə görə, bioloji və zəhərli silahlar konvensiyasının altıncı maddəsinin fəallaşdırılmasını tələb edirlər.
Bioloji və zəhərli silahlar konvensiyasının altıncı maddəsi bildirir ki, bir ölkənin, konvensiyanın bəndlərindən irəli gələn öhdəliklərini pozduğunu başa düşən konvensiyaya üzv hər bir ölkə, BMT Təhlükəsizlik Şurasına şikayət edə bilər.
Rusiyanın Ukraynaya hücumu gedişində bioloji laboratoriyaların yerləşdirildiyi bəzi bölgələrin ələ keçirilməsilə, ABŞ müdafiə nazirliyinin büdcəsi və dəstəklərilə fəaliyyət göstərən bu mərkəzlərin fəaliyyətlərinin mahiyyətindən naməlum cəhətlər, xüsusən xəstəlikyaradan amillərin istehsalı ifşa edildi.