Dollar Pakistan-Rusiya ticarətindən silinəcək
https://azeri.sahartv.ir/news/dünya-i394235-dollar_pakistan_rusiya_ticarətindən_silinəcək
Pakistan və Rusiya ticarətdə dollar və avronun yığışdırılması və iki ölkənin milli valyutalarından istifadə barədə müzakirə aparmaqdadırlar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 19, 2022 15:17 Asia/Baku
  • Dollar Pakistan-Rusiya ticarətindən silinəcək

Pakistan və Rusiya ticarətdə dollar və avronun yığışdırılması və iki ölkənin milli valyutalarından istifadə barədə müzakirə aparmaqdadırlar.

SəhərAzəri-nin məlumatına əsasən, Qərbin Rusiyaya qarşı sanksiyalarının bu ölkənin Ukraynadakı hərbi əməliyyatlarının ardınca kəskinləşməsindən sonra Rusiyanın başqa ölkələrlə mübadilələrində dolların götürülməsi prosesi genişlənibdir.

Pakistanın Rusiyadakı səfiri Şəfqət Əli xan TASS xəbər agentliyinə deyibdir ki, iki ölkənin mərkəzi bankları dolların ikitərəfli ticarətdən götürülməsi sahəsindəki real məsələlərin tez bir zamanda həll edilməsinə çalışırlar.