Fransa minlərlə ukraynalı əsgərə hərbi təlim keçəcək
Fransa xarici işlər nazirliyi bildirib ki, bu ölkə iki min ukraynalı əsgərə təlim keçməyə çalışır.
ABŞ və Avropanın Ukraynanı himayə etmək və Rusiyanı sıxışdırmaq üzrə səyləri davam etməkdədir.
Bundan öncə Avropa Birliyinin xarici işlər nazirləri misli görünməmiş bir hərəkətdə və Ukraynaya hərbi və maliyyə yardımı paketləri çərçivəsində, mərkəzi/ Polşada yerləşən birlik ölkələrinin ərazilərində/ on beş min ukraynalı hərbçinin təlimi ilə razılaşmışdılar.
Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel bildiribdir ki, bu ittifaqın prioriteti, Ukraynaya dəstək və Rusiyaya qarşı sanksiyaların davam etdirilməsidir.
Amerika da keçən həftə öz növbəsində, Ukraynaya daha çox hərbi yardım göstərmək məqsədilə 725 milyon dollar dəyərində hərbi yardımı Kiyevin ixtiyarına qoymaq qərarına gəldi.