İmran xana qarşı terrorla bağlı təhqiqat komitəsi yaradılıb
Pakistanın Pəncab əyalətinin baş naziri bu ölkənin keçmiş baş naziri İmran xana qarşı terrorla bağlı təhqiqat komitəsinin yaradılmasından xəbər verib.
İmran xan dünən silahlı bir şəxsin onu aparan karvanı atəşə tutması nəticəsində yaralanıb. Bu hadisədə bir nəfər ölüb, doqquz nəfər də yaralanıbdır.
Pakistanın Pəncab əyalətinin baş naziri Pərviz İlahi, sözügedən təhqiqat komitəsinin təşkili haqda belə deyib: Bu hücumla bağlı təlim keçənlər, pərdəarxası olaylar, terrorun məqsədləri barədə təhqiqatın aparılması və terror amillərinin cəzalandırılması məqsədilə müştərək təhqiqat komitəsinin yaradılması haqda göstəriş vermişəm.
İmran xan son zamanlar dəfələrlə Amerikanı Pakistanın daxili işlərinə qarışmaq və bu ölkədə hökuməti dəyişdirməkdə ittihamlandırmışdı.