Fransız gənclərin yarısından çoxu ictimai məkanlarda hicab qadağasına qarşıdır
Fransada “Si.Es.Ey.”(CSA) müəssisəsinin apardığı bir rəy sorğusunun nəticələrinə əsasən, fransız gənclərin əlli altı faizi bu ölkənin ictimai məkanlarında islami hicab qadağasına qarşıdır.
SəhərAzəri-nin məlumatına əsasən, Fransa müsəlmanları bu ölkənin dünyəviçi qanunlarına əsasən, daima hicab problemi və hicablı qadınlar üçün sərt tədbirlərlə üzləşiblər.
Son zamanlar iki gənc hicablı qadın polis avtomobilinin yanıb-sönən işıqlarla hərəkət etdiyi bir halda, yolu keçdikdən sonra amansızcasına döyülübdür.
Avropada ən çox sayda müsəlmana malik olsa da, Fransa hökuməti bu ölkədə müsəlmanlara qarşı geniş məhdudiyyətlər icra edir.
Fransa 2011-ci ildə bir qanun qəbul etməklə hicabı qadağan etmişdi. Ondan sonra digər Avropa ölkələri, o sıradan Danimarka, Avstriya, Niderland və Bolqarıstan da oxşar qanunlar qəbul etdilər.