Noy 14, 2022 09:12 Asia/Baku
  • Georgiyeva: Daha bir nəslə ikinci soyuq müharibəni yaşatmaq məsuliyyətsizlikdir

Beynəlxalq Valyuta Fondunun idarəedici direktoru Kristalina Georgiyeva bildirib ki, ABŞ və Çin arasında qarşıdurma dünya iqtisadiyyatının parçalanmasına və yeni soyuq müharibəyə səbəb ola bilər.

SəhərAzəri-nin məlumatına əsasən, “Washington Post” qəzetinə müsahibəsində Georgiyeva deyib ki, dünya daha yoxsul və daha az təhlükəsiz vəziyyətə düşə bilər. “Mən birinci Soyuq Müharibə dövründə dəmir pərdənin o tayında yaşamışam. Bəli, ora olduqca soyuqdur. Daha bir nəslə ikinci soyuq müharibəni yaşatmaq çox böyük bir məsuliyyətsizlikdir”, - deyə BVF-nin rəhbəri qeyd edib.

Xatırladaq ki, ABŞ-ın dövlət katibi Entoni Blinken oktyabr ayında Soyuq Müharibədən sonrakı dövrün bitdiyini bildirib. Siyasətçinin fikrincə, hazırda yeni dünya düzənini qurmaq və bundan sonra nə olacağını müəyyən etmək hüququ uğrunda rəqabət erası gəlib çatıb.

O, həmçinin vurğulayıb ki, Vaşinqton bu vəziyyətdə mərkəzi rol oynamaq üçün bütün lazımi vasitələrə malikdir.

Teqlər