Noy 15, 2022 13:15 Asia/Baku
  • BBC FARSİ-nin müxbiri Rəna Rəhimpurun ikinci audio faylı yayılıb

BBC Farsi-nin müxbiri Rəna Rəhimpurun söhbətlərindən daha bir audio fayl üzə çıxıb, o, bu dəfə Səudiyyə rejimi tərəfindən maliyyələşdirilən "İran İnternational" kanalının İranı parçalamaq üçün planı haqqında daha aydın danışır.

SəhərAzəri- "TƏSNİM" xəbər agentliyinin məlumatına görə, o, ifşa olunan əvvəlki səs yazısında vurğulamışdı ki, İrandakı iğtişaşların pərdə arxasında olan məqsəd İran üçün demokratiya deyil, onun parçalanmasıdır. Müxalifət qruplaı tərəfindən sosial şəbəkələrdə yayımlanan yeni audio faylda Rəhim pur deyir: "Nə demək istədiyimi başa düşməlisiniz. Region ölkələri demokratik İran istəmirlər". 

O, daha sonra küçə iğtişaşlarına işarə edərək, deyir ki, "Son günlər gördüyüm zorakılıq məni çox təəccübləndirdi və dəhşətə gətirdi. Bu tendensiya davam edərsə, "vətəndaş müharibəsi"nə doğru gedəcəyik".

"Bəyəm vətəndaş müharibəsi necə olur? Tərəf deyir ki, gələn dəfə başını kəsəcəyik", - deyə o, əlavə edir. 

BBC kanalının aparıcısı elə bir halda İran İnternational-ın separatçı gündəmini üzə çıxarıb ki, onun işlədiyi media isə İrandakı iğtişaşlarla bağlı xəbərləri işıqlandırmaqda səudiyyəli rəqibindən heç də geridə qalmayıb və onunla bərabər adlayıb.