Noy 26, 2022 19:22 Asia/Baku
  • ABŞ-ın Ukraynaya göndərmək üçün kifayət qədər silahı yoxdur

Ukraynada müharibənin 9-cu ayında ABŞ-ın hərbi rəsmiləri artıq Ukraynaya göndərmək üçün kifayət qədər silahlarının olmadığını bildiriblər.

SəhərAzəri-nin məlumatına əsasən, ABŞ-ın hərbi rəsmiləri deyirlər: "Biz müharibənin iki və ya üç gündən daha uzun sürməyəcəyini zənn edirdik. Amma indi 9 ay keçir. Bu uzanma bizi Ukraynanı ehtiyac duyduğu silahlarla təmin etmək üçün ciddi problemlər və çatışmazlıqlarla üzləşdirib". 

CNN televiziya kanalı ilk dəfə olaraq, Ukraynanın ABŞ-dan hərbi müraciətlərinin siyahısını açıqlayıb. Kanalın  hərbi eksperti ABŞ-ın artıq Ukraynanın ehtiyaclarını ödəyə bilməməsindən ciddi narahatlıq ifadə edib. 

İndiyə qədər Amerika özünün ehtiyac duyduğu hissələr istisna olmaqla Ukraynanın ehtiyaclı olduğu bütün hərbi texnikaları təmin edirdi.

Ancaq Ukrayna prezidenti daha çox kömək istəyir.

Zelenski deyib: "Bizə qabaqcıl və effektiv hava hücumdan və raketdən müdafiə sistemləri lazımdır".

ABŞ-ın müdafiə naziri Austin vurğulayıb ki, ölkəsinin Ukraynaya hərbi yardımları əslində ABŞ-ın təhlükəsizliyini qorumaq üçün yatırımdır.

O, ABŞ-ın inidyə kimi Ukraynaya 18,30 milyard dollar yardım etdiyini açıqlayaraq, bu prosesin davam edəcəyini söyləyib.

Bu elə bir haldadır ki, tezliklə ABŞ Nümayəndələr Palatasının əksəriyyətini ələ keçirəcək Respublikaçılar bildiriblər ki, Ukraynaya milyardlarla dollar yardımın necə göndərildiyini yoxlayıb araşdıracaqlar və bu prosesin dayandıracaqlar.

Teqlər