Dek 06, 2022 12:54 Asia/Baku
  • “Rusiya ABŞ və NATO-ya xəbərdarlıq siqnalları göndərir”

Rusiya XİN rəhbəri bildirib ki, Qərbin Rusiyanı cilovlamaq səyləri kontekstində ABŞ və bütövlükdə NATO-nun faktiki hərbi qarşıdurma xətti ciddi təhlükə yaradır.

SəhərAzəri-nin məlumatına əsasən, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu barədə deyib: “ABŞ və NATO-nun Rusiya ilə faktiki hərbi qarşıdurma xətti fəlakətli nəticələrlə doludur, Moskva Vaşinqton və Brüsselə nüvə gücləri arasında birbaşa toqquşmanın yolverilməzliyi barədə xəbərdarlıq siqnalları göndərməyə məcburdur”.

Lavrov Nüvə Silahlarının Yayılmaması Konfransının iştirakçılarına videomüraciətinin davamında qeyd edib ki, Rusiya nüvə beşliyi ölkələrinin birgə sənədlərində əksini tapmış anlaşma məntiqinə qəti şəkildə riayət edir və beş gücün nüvə müharibəsinin yolverilməzliyi ilə bağlı bəyanatına uyğun olaraq, nüvə silahına malik ölkələr arasında istənilən silahlı münaqişənin qarşısını almaq lazımdır. Rusiya məhz bundan çıxış edir.

 

Teqlər