Avropada enerji böhranı onları Rusiya qarşısında yumşaldıb
Havaların soyuması ilə Avropada qazın qiyməti hər meqavat-saat üçün 130 avronu keçib.
SəhərAzəri-nin məlumatına əsasən, Baxmayaraq ki, Almaniya və Qətər arasında uzunmüddətli qaz müqaviləsi bu günlərin qaynar xəbəridir, lakin ekspertlərin fikrincə, bu müqavilə Rusiya qazına alternativ ola bilməz.
4 ildən sonra yəni 2026-cı ildən qüvvəyə minəcək müqavilə.
Hansı ki, illik Almaniyanın istehlak etdiyi qazın 3 faizinə bərabər olan 2 milyon ton maye qazın alınması ilə həyata keçiriləcək.
Bu səbəbdən enerji təchizatı Almaniyanın siyasi dairələrində hələ də bir problem olaraq, qalır.
Almaniyanın solçu siyasətçisi Klaus Ernest deyir: "Qiymət artımı təkcə Putinin qaz satmaqdan imtina etməsi üçün deyil, həm də ona görədir ki, biz sanksiya tətbiq etmişik".
Bu haqda əvvəlcədən düşünülsəydi, bəlkə də başqa cür hərəkət edərdik.
Enerjinin bahalaşması hələ də xalqın etirazları ilə müşayiət olunur. Bəzi insanlar Rusiyaya qarşı sanksiya siyasətlərinə etiraz edirlər. Onlar Rusiyadan qaz almağın tərəfdarıdırlar.
Avropanın ən böyük iqtisadiyyatını ciddi problemlə üzləşdirən enerji təchizatı böhranı səbəb olub ki, Almaniya parlamentindəki sağçı partiyanın rəhbəri qaz almaq üçün İranla danışıqlar aparmağı tələb etsin.
Tino Çrupalla deyib: "Əgər Rusiya qazının yoxluğunu kompensasiya etmək istəyiriksə, bizim üçün bütün qaz tədarükçüləri lazım olacaq"
Son günlər Fransa prezidenti Makron sülhə nail olmaq üçün Rusiyaya təhlükəsizlik zəmanətinin verilməsindən danışıb. Almaniya kansleri Olaf Şoltsun da Putinlə telefon danışığı olub.