İngiltərədə ümumi istixanalar açılıb
Havanın temperaturunun aşağı düşməsilə bir zamanda, İngiltərə xalqının böyük bir hissəsinin iri enerji xərclərini ödəməkdə aciz qalmasına görə, bu ölkədə ümumi istixanalar yaradılıb.
SəhərAzəri-nin məlumatına əsasən, Qaz və işıq pulu qəbzlərini ödəmək gücünə malik olmayan insanlar gündüzlər qızınmaq üçün bu mərkəzlərə müraciət edə bilərlər ki, imkan daxilində evlərindəki enerji xərclərini azaltmış olsunlar. Bir çox insanlar evlərini qızdırmaq və ya ailələrini qida ilə təmin etmək kimi iki seçim qarşısında qalıblar.
Rusiyadan neft və qaz idxalatının azalmasına görə, İngiltərə enerji qiymətinin misli görünməmiş tərzdə artmasının şahididir. Bu şərait iş adamlarının və şirkətlərin işlərinə də mənfi təsir göstəribdir.
Bir istixananın məsul işçisi olan Emmi Cekson verdiyi müsahibədə bildiribdir ki, bu günlərdə və bu dövranda belə istixanaların olması doğrudan da utancgətiricidir, amma təəssüflər olsun ki, bunlar mövcuddur və məişət xərcləri böhranının təsiri altına düşmüş bütün insanları himayə etmək üçün bu istixanalar idarə edilməlidir.