Peskov: Qriqoryanın Zəngəzur dəhlizi barədə dedikləri təxribatdır
https://azeri.sahartv.ir/news/dünya-i396133-peskov_qriqoryanın_zəngəzur_dəhlizi_barədə_dedikləri_təxribatdır
Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistan Təhlükəsizlik Şurası katibinin bəyanatlarını təxribat xarakterli hesab edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 27, 2022 17:41 Asia/Baku
  • Peskov: Qriqoryanın Zəngəzur dəhlizi barədə dedikləri təxribatdır

Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistan Təhlükəsizlik Şurası katibinin bəyanatlarını təxribat xarakterli hesab edib.

Peskov "News.am"ın sorğusuna cavab olaraq bildirib ki, bu cür bəyanatlar təxribat xarakterli sayıla bilər, çünki onlar reallıqla uzlaşmır.

"Rusiya rəsmilərinin heç biri belə bir şey deməyib və kiminsə vasitəsilə Ermənistan tərəfinə çatdırmayıb", - deyə Peskov qeyd edib.

Qeyd edək ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai Televiziyanın efirində bəyan etmişdi ki, Rusiya Ermənistanı öz ərazisindən Azərbaycana dəhliz verməyə, eləcə də formalaşmaqda olan Rusiya-Belarus birlik dövlətinə qoşulmağa məcbur edir.