Nepalda təyyarə qəzaya uğrayıb; 68 nəfər həlak olub
https://azeri.sahartv.ir/news/dünya-i396592-nepalda_təyyarə_qəzaya_uğrayıb_68_nəfər_həlak_olub
Nepalda qəzaya uğrayan təyyarənin sərnişinlərindən 68 nəfərin həlak olduğu təsdiqlənib. Bu barədə Nepalın Mülki Aviasiya İdarəsi məlumat yayıb.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Yan 15, 2023 12:44 Asia/Baku
  • Nepalda təyyarə qəzaya uğrayıb; 68 nəfər həlak olub

Nepalda qəzaya uğrayan təyyarənin sərnişinlərindən 68 nəfərin həlak olduğu təsdiqlənib. Bu barədə Nepalın Mülki Aviasiya İdarəsi məlumat yayıb.

Bildirilir ki, təyyarədə 72 sərnişin olub, onlardan 68-i həlak olub.
Məlumata görə, Nepal vətəndaşları olan iki sərnişin sağ qalıb. Onların vəziyyəti son dərəcə ağırdır. Sağ qalan daha iki nəfər barəsində isə məlumat verilmir.
Qeyd edək ki, bu gün Katmandudan Poxaraya uçan Yeti Hava Yollarına məxsus təyyarə eniş zamanı qəzaya uğrayıb.