ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
-
ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
Amerika xəzanədarlıq nazirliyi rus şəxsiyyətlər və orqanlara qarşı yeni sanksiyalar tətbiq edib.
Amerika xəzanədarlıq nazirliyi Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnexanov və Rusiya baş nazirinin müavini Denis Manturovu, eləcə də bir neçə rus orqanı sanksiyalar siyahısına əlavə edib.
Amerika həmçinin cümə axşamı günü “Vaqner” qrupuna qarşı sanksiyaları şiddətləndirib və Ukrayna müharibəsində iştirak edən bu rus hərbi qrupu transmilli cinayətkar təşkilat kimi təqdim edib.
Ağ Ev üç həftə bundan qabaq bildirmişdi ki, “Vaqner” Ukraynadakı Rusiya qüvvələrinin gücləndirilməsinə yardım üçün Şimali Koreyadan bir silah yükü satın alıb və bu məsələ sözügedən qrupun Ukrayna savaşında genişlənməkdə olan rolundan xəbər verir.
Rusiya-Ukrayna müharibəsinin başlandığı zamandan bəri Amerika və müttəfiqləri Rusiya əleyhinə təzyiq və sanksiyaları şiddətləndiriblər. Əlbəttə ki, bu hərəkətlər Moskvanın cavabı ilə müşayiət olunubdur.