Yan 31, 2023 14:39 Asia/Baku
  • Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını dəstəkləyir

Rusiya XİN: Bu, Cənubi Qafqaz üçün prioritetdir

Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının Cənubi Qafqazda prioritet olduğunu bildirir.

Rusiya XİN-in bəyanatında deyilir ki, Rusiya Cənubi Qafqazda toplanmış “münaqişə potensialının” aradan qaldırılması və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində intensiv işləyir və Ermənistan-Türkiyə münasibətlərinin bərpasında irəliləyişi alqışlayır.

Bəyanatda qeyd olunur ki, Cənubi Qafqazla bilavasitə həmsərhəd olan Rusiya bu regionun sabitliyində və rifahında, nəqliyyat-logistika, ticarət-investisiya və texnoloji imkanlardan qarşılıqlı faydalı istifadə və tədqiqində maraqlıdır.

Rusiya Xarici İşlər Nazirliyi həmçinin Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, İran və Türkiyənin iştirakı ikə 3+3 regional platformasının əhəmiyyətini vurğulayaraq, onu faydalı və aktual bir platforma adlandırıb.

 

Teqlər