Fev 02, 2023 18:32 Asia/Baku
  • Müharibə başlayandan bəri 9 milyondan çox ukraynalı qaçqın Polşaya keçib

Yanvarın 10-na kimi Polşaya gedən ukraynalıların sayı 9 milyondan çox olduğu bildirilib.

SəhərAzəri-nin məlumatına əsasən, Polşa Sərhəd Mühafizəsi öz Tvitter səhifəsində bildirib ki, ötən il fevralın 24-də Rusiya-Ukrayna müharibəsi başlayandan bəri qonşu Polşa ilə sərhədi keçən ukraynalıların sayı 9 milyonu ötüb.

Məlumatda bildirilib ki, müharibə böyük miqrant axınına səbəb olub və Polşaya keçən ukraynalı qaçqınların ümumi sayı 9 milyon 74 min nəfərə çatıb.

Məlumatda əlavə edilib ki, təkcə dünən Ukraynadan Polşaya 29 min 900 nəfər gəlib.

Statistik məlumatda o, da bildirilib ki, Polşa Sərhəd Mühafizəsinin məlumatına görə, bu müddət ərzində təxminən 7,25 milyon ukraynalı Polşanı tərk edib və hazırda qeydə alınmış ukraynalı qaçqınların sayı təxminən 1,5 milyon təşkil edir.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) məlumatına görə, Polşa 2022-ci ildə ukraynalılar üçün mənzil, səhiyyə və digər xidmətlərə 8,36 milyard avro (8,98 milyard dollar) xərcləyib ki, bu da üzv ölkələr arasında ən yüksək məbləğdir.

Teqlər