Fev 11, 2023 13:36 Asia/Baku
  • Çinlə gərginliyin yaşandığı bir vaxtda Amerika ballistik raket sınağı keçirib

ABŞ hava məkanında kəşfiyyat şarı ilə bağlı Çinlə gərginliyin yaşandığı bir dönəmdə öz qitələrarası ballistik raketini sınaqdan keçirib.

SəhərAzəri-nin məlumatına görə, ABŞ Hərbi Hava Qüvvələri cümə günü özünün nüvə imkanlarının "hazırlığını" nümayiş etdirmək məqsədilə Kaliforniyadakı bazadan Sakit Okeana “Minuteman III”  adlı  qitələrarası ballistik raketi buraxdığını açıqladı.

ABŞ hərbi məlumat mərkəzinin dediyinə görə silahsız “Minuteman III” raketi cümə axşamı gecə saat 23:00-da Kaliforniyadakı Vandenberq Hərbi Hava Qüvvələri bazasından buraxılıb.

ABŞ Hərbi Hava Qüvvələrinin bəyanatında deyilir: Bu raket ABŞ ordusunun dövri fəaliyyətlərinin bir hissəsi olaraq sınaqdan keçirilib və onun məqsədi 21-ci əsrin təhdidlərinin qarşısını almaq üçün ABŞ-ın təhlükəsizliyini, etibarlılığını və effektiv nüvə sistemi müdafiəsini nümayiş etdirməkdir.

 

 

Teqlər