Fev 12, 2023 14:27 Asia/Baku
  • Türkiyənin təqaüddə olan kontr-admiralı xəbərdarlıq edir
    Türkiyənin təqaüddə olan kontr-admiralı xəbərdarlıq edir

Pentaqonun sözçüsü Briqada generalı Patrick Ryderin ABŞ-ın zəlzələlərdə axtarış-xilasetmə və humanitar yardım səylərini dəstəkləmək üçün təyyarədaşıyan gəmisinin Türkiyəyə göndərilə biləcəyi ilə bağlı açıqlaması mübahisə yaradıb.

Təqaüddə olan kontr-admiral Cem Gürdeniz bu haqda deyib: “Türkiyədə Amerikanın təyyarə gəmilərinə qarşı həssaslıq var. Aramızda FETÖ, PKK/YPG və sanksiyalar kimi problemlər olduğu halda, bu gəminin gəlişi bir yana, belə bir gəminin Anadolunun İsgəndərin körfəzi kimi ən strateji bölgələrindən birinə girməsi hərbi strategiya və psixoloji aspektlər baxımından Türkiyə ictimaiyyətini narahat edir. Bu, xəstəxana gəmisi deyil, döyüş gəmisidir. Yəni bu gəminin İsgəndəruna gəlməsinin heç bir faydası olacağını düşünmürəm, əksinə, onun yaratdığı psixoloji təsir çox böyük olardı”.

Təqaüddə olan kontr-admiral sonra qeyd edib ki, Türkiyə sərhədinin kənarında dövlət qurmaq üçün PKK-dan istifadə edən, Türk ordusunu Kiprdən çıxarmaq üçün əlindən gələni edən ABŞ-ın səmimiliyinə inanmaq olmur. Mövcud şərtlər altında Türkiyənin parçalanmasına çalışan bir ölkənin belə bir vəziyyətdə Türkiyənin köməyinə gəlməsi şübhə ilə qarşılanmalıdır.