Avropa parlamentinin daha iki üzvü saxlanılıb
-
Avropa parlamentinin daha iki üzvü saxlanılıb
Avropa parlamentinin daha iki üzvü bu Avropa orqanındakı əhatəli korrupsiya işi ilə bağlı saxlanılıb.
Avropa parlamentinin üzvü Andrea Kossolino İtaliyanın maliyyə polisi tərəfindən və Belçika federal prokurorları adından İtaliyanın Neapol şəhərindəki klinikalardan birində saxlanılıb.
Belçika prokurorluğu həmçinin Avropa Birliyində aparılan geniş korrupsiya üzrə təhqiqatların qızğın çağında cümə günü Avropa parlamentinin «M.T.» adlandırılan digər bir üzvünü həbs edib. Məhkəmə işinə yaxın olan və adı açıqlanmayan mənbələrdən biri sözügedən şəxsin Mark Tarabella olduğunu bildirib.
Həbs olunmuş şəxslər Qətərdən pul və hədiyyə almaqla futbol üzrə dünya çempionatına ev sahibliyi etməsi üçün bu ölkənin xeyrinə qərarlar çıxarmaqda ittiham edilirlər.
Həmçinin bu şəxslər digər tərəfdən, Mərakeş rəsmilərindən rüşvət almaq qarşılığında Mərakeşin Qərbi Səhra bölgəsi üzərindəki hakimiyyətinin rəsmən tanınması istiqamətində Avropa Birliyinin qərarlarına təsir göstərməkdə ittiham olunurlar.
Avropa parlamenti 2022-ci ilin dekabrından bəri xeyli sayda maliyyə biabırçılığının ifşa olunması səhnəsidir. Bundan öncə Belçika rəsmiləri Avropa parlamenti ilə bağlı olan dörd şəxsi Qətər və Mərakeş rəsmilərindən pul və hədiyə almaqda ittiham etmişdilər.
Avropa Bilriyinin siyasi-hüquqi orqanlarından olan Avropa parlamenti hazırda bu orqan qanunvericilərinin son maliyyə korrupsiyalarına görə, çox çətin bir şəraitə düşüb və onun yeri son dərəcə pozulubdur.