Fev 12, 2023 14:50 Asia/Baku
  • ABŞ hökumətinin cari maliyyə ilinin ilk rübündəki büdcə çatışmazlığı
    ABŞ hökumətinin cari maliyyə ilinin ilk rübündəki büdcə çatışmazlığı

Amerikanın xəzinədarlıq nazilriyi bildirib ki, bu ölkə hökuməti 2023-cü il maliyyə ilinin ilk rübündə 460 milyard dollarlıq büdcə çatışmazlığı ilə üzləşib.

Amerika hökuməti ötən ilin oktyabr ayından cari ilin yanvar ayınadək 1,47 trilyon dollar vergi gəlirinə malik olubdur ki, bu da öncəki ilin müvafiq dövründəki vergi gəlirindən otuz faiz azdır.

Amerika xəzinədarlıq nazilriyinin bəyanatına əsasən, bu ölkə hökumətinin cari ilin maliyyə ilinin ilk rübündəki xərcləri 1,9 trilyon dollara çatıbdır ki, bu da 2022-ci maliyyə ilinin ilk rübündəki xərclərindən doqquz faiz çoxdur.

Bu məlumatın yayılmasının fonunda qeyd edək ki, bir tərəfdən, Rusiyaya qarşı sanksiyaların artması, digər tərəfdən də Ukraynaya hərbi silah və sursatların, eləcə də on milyardlarla dollar maliyyə yardımının göndərilməsi nəinki Kiyevə dəstək istiqamətində Qərbin strategiyasını təmin etməyib, əksinə Amerikada iqtisadi durğunluğa və inflyasiyanın şiddətlənməsinə rəvac verib və daxili etirazlarla müşayiət olunubdur.