Fev 12, 2023 20:09 Asia/Baku
  • Kəşmirin Lədax-Kargil bölməsində 22 bəhmən yürüşü keçirilib
    Kəşmirin Lədax-Kargil bölməsində 22 bəhmən yürüşü keçirilib

Kəskin şaxtalara və qar yağıntısına rəğmən, Hindistanın Kəşmir vilayətinin Lədax-Kargil bölgəsində insanlar İslam  İnqilabı Qələbəsinin ildönümü günündə və 22 bəhmən- 11 fevral yürüşündə əzəmətli şəkildə iştirak ediblər.

 Fevralın on birində Lədax-Kargil bölgəsindən əlavə, digər kiçik və iri bölgələrin sakinləri də İran  İslam  İnqilabı Qələbəsinin 44-cü ildönümü günündə əzəmətli yürüşdə  iştirak ediblər. Bu yürüşlərin iştirakçıları İslam inqilabına olan ürək bağlılıqlarını ifadə ediblər.

Bu əzəmətli yürüş “İmam Xomeyni Yadigarı” cəmiyyəti tərəfindən keçirilib. Fəcr Ongünlüyü ilə bağlı şənliklər də Sahib-Əzzəman cəmiyyəti tərəfindən təşkil olunub.

Yürüş marşrutları boyunca iştirakçılar əllərində İmam Xomeyni, İslam İnqilabının Böyük Rəhbəri Ayətullahuluzma Xamenei və şəhid general pasdar Süleymaninin təsvirlərini tutublar.

Yürüş iştirakçıları İmam Xomeyniyə və İslam İnqilabı şəhidlərinə hörmət ifadə edib, inqilab düşmənlərinin ötən 44 ildəki bütün təhdidlərini təsirsiz adlandırıblar.

Yürüş iştirakçıları yürüş boyu “Amerikaya ölüm!”, “İsrailə ölüm!” şüarları veriblər. Onlar həmçinin  İslam İnqilabının Böyük Rəhbərinə dəstək istiqamətində şüarlar səsləndiriblər.

 

Bütün səylərimiz buna görədir ki, bu yürüş digər yürüşlər kimi bütün İslam dünyasında inqilabla əhd-peymanın təzələnməsi olmuş olsun