Fev 15, 2023 18:20 Asia/Baku
  • Amerikada zorakılıq; Sürücü avtomobilini piyadaların üzərinə sürdü

Nyu-York ştatının polisi bu ştatda bir sürücünün yük maşınını qəsdən 8 nəfərin üzərinə sürdüyünü bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Müşahidə kameralarının görüntüləri bazar ertəsi günü Bruklin şəhərinin Bay Ridge məhəlləsində "U-Haul" markalı yük maşınınınpiyada səkisinə daxil olduğu anı göstərir. Sürücü yük maşını ilə 8 nəfəri vurduqdan sonra polis tərəfindən həbs olunur və qəsdən piyadaların üzərinə sürməkdə ittiham olunur. 

Nyu-York polis komissarı Kişant Sol bu addımı "iğtişaş" adlandırıb və deyib: "Polis əməkdaşları Bruklin şəhərinin Bay Ridge bölgəsində baş verən hadisə yerinə göndərilib".

Amerika polisinin məlumatına görə, indiyədək bu insidentdə heç bir terror əlaməti aşkar edilməyib.

Məlumata əsasən, xəstəxanaya yerləşdirilən yaralılardan ikisinin vəziyyəti ağır, digər iki nəfərin xəsarətlərinin isə ciddi olduğu bildirilir. Hadisə zamanı bir polis məmuru da daxil olmaqla daha 4 yaralı yüngül xəsarət alıb.

"New York Times" qəzeti adının açıqlanmasını istəməyən iki yüksək rütbəli polis məmuruna istinadən yük maşını sürücüsünün adını Vanq Sur adlandırıb.

Bay Ridge ərazisində çoxlu yol qəzaları baş verir.

Qəza federal məhkəmənin münsiflər heyətinin Sayfullo Saipova ölüm hökmü verib-verməməsi məsələsini müzakirə etdiyi gün baş verib. Saipov ifratçıdır və Nyu Yorkda yük maşınını qəsdən xüsusi velosiped zolağına sürməkdə və 8 nəfəri öldürməkdə ittiham olunur. Polis iki hadisənin əlaqəli olub-olmadığına işarə etməyib.

Teqlər