Mart 04, 2023 14:19 Asia/Baku
  • İndoneziyanın paytaxtında 16 nəfərin ölümü ilə nəticələnən dəhşətli yanğın baş verib

İndoneziya rəsmiləri ölkənin paytaxtı Cakartada yanacaq çənində baş verən güclü partlayış nəticəsində azı 16 nəfərin öldüyünü açıqlayıb.

 SəhərAzəri-nin məlumatına əsasən, Cakartanın xilasetmə və yanğınsöndürmə idarəsinin rəhbəri Satriadi Qunavan məlumatda bildirib ki, zəsarət alanlardan 50 nəfər xəstəxanaya yerləşdirilib, onlardan bəzilərinin halı ağırdır.

Dövlət neft və qaz şirkəti “Pertamina” idarəçiliyndə olan yanacaq saxlama çənləri Şimali Cakartadakı Tanah Merahın əhalinin sıx məskunlaşdığı ərazidə yerləşir. Bu çənlər İndoneziyanın yanacağa olan tələbatının 25%-ni təmin edir.

Rəsmilərin sözlərinə görə, azı 260 işçi və 52 yanğınsöndürən maşın hadisə baş verən yerə cəlb edilib.

“Pertamina” şirkətinin regional direktoru Eko Kristyavan çıxışında “İlkin araşdırmalar göstərib ki, yanğın güclü yağış zamanı boru kəmərinin sıradan çıxması nəticəsində olub. Kəmərin ildırım vurması nəticəsində yanğının baş verməsi ehtimalı da var” deyib.

 

Teqlər