Mart 08, 2023 14:32 Asia/Baku
  • Vətəndaşların əksəriyyəti pensiya yaşının artırılmasına qarşıdırlar

Fransada aparılan ən yeni rəy sorğusunun nəticələri vətəndaşların əksəriyyətinin prezident Emmanuel Makronun pensiya qanunu islahatlarına qarşı olduğunu göstərir.

SəhərAzəri-nin məlumatına əsasən, Rəy sorğusu sübut edir ki, Fransa prezidenti pensiya qanununda islahat aparmaqda israr etdiyi üçün reytinqinin aşağı düşməsi ilə üz-üzədir.

Bütün həmkarlar ittifaqları son həftələrdə ikinci dəfə olaraq, bütün üzvlərini çərşənbə axşamı, martın 7-də tətil aksiyası keçirməyə çağırıblar. Tətillərin çərşənbə axşamından sonra da Fransada geniş şəkildə davam edəcəyi gözlənilir.

Həmkarlar ittifaqları xüsusilə də nəqliyyat, enerji və neft emalı zavodları sektorlarında işləri dayandırmaqla ölkəni durğunluğa gətirəcəkləri ilə hədələyirlər.

Ən son rəy sorğusu "Elabe" qrupu tərəfindən Fransanın ən məşhur xəbər kanalı BFM üçün aparılıb. Bu sorğuda vətəndaşların 56 faizi pensiya islahatlarına qarşı genişmiqyaslı tətilləri dəstəklədiyini, 59 faizi isə ölkəni bağlanma vəziyyətinə gətirməyin vətəndaşların haqqı olduğunu bildirib.

Qeyd edək ki, Makron təklif etdiyi islahatlar vasitəsilə minimum pensiya yaşını 62-dən 64-ə qaldırmağa çalışır və ölkənin dövlət pensiya sisteminin dağılmasının qarşısını almaq üçün bunun həyati vacib olduğunu söyləyir.

Teqlər