Rusiya bu sahədə dünyada ən güclüdür
https://azeri.sahartv.ir/news/dünya-i398028-rusiya_bu_sahədə_dünyada_ən_güclüdür
ABŞ kəşfiyyatı bildirir ki, Rusiyanın nüvə arsenalı dünyanın ən güclüsüdür.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 09, 2023 10:43 Asia/Baku
  • Rusiya bu sahədə dünyada ən güclüdür

ABŞ kəşfiyyatı bildirir ki, Rusiyanın nüvə arsenalı dünyanın ən güclüsüdür.

SəhərAzəri-nin məlumatına əsasən, bu barədə ABŞ kəşfiyyatının illik təhdidlərin qiymətləndirilməsi ilə bağlı hesabatında deyilir.

Sənəddə qeyd olunur ki, Rusiya ən böyük və ən güclü nüvə silahı ehtiyatını saxlayır, nüvə silahı sahəsində öz imkanlarını genişləndirməyə və modernləşdirməyə davam edir.

Kəşfiyyatın hesablamalarına görə, Rusiya uzaqmənzilli nüvə raketlərini və sualtı “çatdırılma sistemlərini” təkmilləşdirir, həm nüvə, həm də adi döyüş başlıqlarını daşıya bilən geniş, müxtəlif və müasir qeyri-strateji sistemlər xəttini genişləndirir və modernləşdirir.