İngiltərədə təcavüz və cinsi zorakılıq artıb
İngiltərə daxili işlər nazirliyi bildirib ki, bu ölkənin polis idarələrində mövcud olan yetmiş mindən çox şikayət ərizəsi həmin ölkədə cinsi təcavüzlərlə əlaqədar qeydə alınıb
SəhərAzəri-nin məlumatına əsasən, İngiltərə daxili işlər nazirliyi qeyd edib ki, qız və qadınların bu ölkənin polis zabitlərindən bir qrupunun təcavüzünə məruz qalmaları və qətlə yetirilmələri barədəki məlumatlar xəbərlərin önündə getməkdə davam edir.
Nazirlik həmçinin qeyd edir ki, ötən altı ayda bu ölkənin polis idarələrinə daxil olmuş yetmiş min altı yüz otuz üç şikayət ərizəsi həmin ölkədəki cinsi təcavüzlərlə bağlıdır.
Nazirliyin bildirdiyinə görə, hal-hazırda İngiltərənin məhkəmə aparatında polis qüvvələrinin təcavüzləri və cinsi əzab vermələri ilə bağlı mindən çox məhkəmə işinə baxılır və onların səkkiz yüzü bu ölkənin polis zabitlərinin cinayətləri ilə əlaqədardır.
Belə bir halda, İngiltərə milli polis rəisləri şurasının verdiyi məlumata əsasən, son zamanların məlumatları göstərir ki, 2021-ci ilin oktyabrından 2022-ci ilin aprelinədək olan müddətdə İngiltərədə qız və qadınlara qarşı təcavüzlər və cinsi əzab vermələr daxil olmaqla min 438 zorakıllıq ittihamı qeydə alınıb.
Bu şikayətlər İngiltərənin min 539 polis zabitinə qarşı irəli sürülüb və bir faizdən az sayda müttəhim işdən qovulubdur.